Naxçıvan Dövlət Film Fondunda könüllü gənclərin və Heydər Əliyev adına Hərbi Liseyin kursantları üçün “Silahdaşlar” filminin nümayişi təşkil olunub.
Filmdə kino işçilərinin 1990-cı ilin qanlı Yanvar hadisələri zamanı hansı şəraitdə işlədiklərini göstərməyə çalışıblar. Ekran əsərində faciədən əvvəl və sonra baş verən hadisələr öz əksini tapıb. Filmin rejissoru Əməkdar incəsənət xadimi Nizami Abbas, ssenari müəllifi Xalq artisti Ramiz Fətəliyevdir.
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Naxçıvan Dövlət Film Fondunun dəstəyi ilə reallaşn film nümayişi gənclərin vətənpərvərlik ruhunda formalaşması, 20 Yanvar şəhidlərinin xatirəsinin yaşadılması məqsədinə xidmət edib.